XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 11:57

Rusiyalı deputat:"Bu, Ermənistanda məğlubiyyət duyğularının püskürməsidir"

“Rusiya parlamentariləri münaqişənin həllinə kömək etmək üçün Azərbaycan və Ermənistandakı həmkarları ilə fəal danışıqları davam etdirirlər”.

Strateq.az “RİA Novosti”-yə istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədr müasvini Viktor Vodolatski bildirib.

O deyib: “Mümkün olan hər şeyi etdik. Zəng etdik, fərqli millət vəkilləri qrupları ilə görüşdük. Həm Ermənistandan, həm də Azərbaycandan olan millət vəkilləri ilə fəal şəkildə danışıqlar aparırıq ki, baş verən gərginlik öləzisin. Bizim üçün ən vacib olan sülh və firavanlıqdır”.

Vodolatskinin fikrincə, hazırda Ermənistanda baş verənlər “Ermənistanın məğlubiyyəti duyğularının püskürməsidir. Ermənistan tərəfinin fikrincə, imzalanan müqavilə ucbatından İrəvan daha çox şey itirib, çünki bu saziş çərçivəsində onlar atəşkəs sazişi imzalandığı dövrdəki mövqelərində qalırlar. Azərbaycan qoşunları isə dünən olduqları mövqelərdə qalırlar. Ermənilər bunun düzgün saymırlar”.

Komitə sədrinin müavini vurğulayıb ki, nə Ermənistanda, nə də Azərbaycanda qalib yoxdur, çünki hər bir tərəfin itkiləri var. “Ancaq ən başlıcası budur ki, Rusiya sülhməramlı qüvvələri maneə törədici qüvvə kimi olacaq və bu andan etibarən orada atəş açılmayacaq, mülki əhali öldürülməyəcək… 30 ildir davam edən bu problemi aradan qaldırmaq üçün müzakirələr bir gündən çox və bir aydan çox davam edəcək”.