XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 13:49

Ömər Çelik:"İşğalçı və təcavüzkar Ermənistan məğlub edildi"

“Əməliyyatlar başlayandan Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə qardaş Azərbaycanın yanında yer aldı”.

Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Tvitter hesabında qeyd edib.

O bildirib ki, imzalanan atəşkəs anlaşmasına baxanda Türkiyənin döyüş meydanında olduğu kimi masada da Azərbaycanın yanında durduğu görünür: “Bu qardaşlıq və həmrəylik sonsuzadək davam edəcək. İllərdir davam edən mübarizə qələbə ilə bitdi, Azərbaycan cəbhədə açıq qələbə qazandı. Təslim olan Ermənistan Qarabağdan çıxacaq. İşğalçı və təcavüzkar Ermənistan məğlub edildi. Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi altında böyük mübarizə apardı və Qarabağda zəfər qazandı. Ermənistanın Baş naziri Nikol Paşinyan təslim olduqlarını açıqladı. Qardaş Azərbaycanın zəfəri mübarək olsun”/APA.