XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 14:25

Hulusi Akar:“Azərbaycanlı qardaşlarımız bu mübarizədən üzüağ, alnıaçıq çıxdılar”

“Təxminən 30 ildir işğal altında olan torpaqlarını geri almaq, Ermənistanın barbar hücumlarına son qoymaq üçün haqlı mübarizə aparan və bu mübarizəni üzüağ, alnıaçıq şəkildə başa çatdıran Azərbaycan Türkü qardaşlarımızın zəfərini təbrik edirik”.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“İmzalanan atəşkəs razılaşmasındakı şərtlərin yetirilməsi, işğal altındakı bütün torpaqlarının Azərbaycana qaytarılması, bölgədə sülh və sabitlik mühitinin yenidən təmin olunması müddətində də can azərbaycanlı qardaşlarımızla tək ürək olmağa davam edəcəyik”, – deyə nazir vurğulayıb/APA.