XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 17:13

İran XİN:"Rus əsgərlərinin yerləşdirilməsinə kömək etməyə hazırıq"

İran XİN Azərbaycan, Ermənistan  və Rusiya Federasiyası arasındakı üçtərəfli müqavilə ilə bağlı bəyanatı yayıb.

Strateq.az IRNA-ya istinadla xəbər verir ki, bəyanatın mətnində qeyd olunur: rəsmi Tehran atəşkəs və döyüş əməliyyatlarının dayandırılmasına gətirib çıxaran razılaşmanı alqışlayır və prinsipləri İran təklifi layihəsində yer alan bu razılaşmanın uğurla sona çatacağına ümid edir.

“Həmçinin, onun Qafqaz bölgəsində davamlı sülh və firavanlığa səbəb olacaq və mövcud problemləri aradan qaldıracaq”.

XİN-in bəyanatında bildirilir: “İran İslam Respublikası suverenliyə və ərazi bütövlüyünə hörmət göstərməni, rəsmi beynəlxalq sərhədləri dəyişdirməməyi, işğal olunmuş əraziləri azad edilməsini, qaçqınları geri qaytarılmasını, azlıqların təhlükəsizliyinə və hüquqlarına hörmət göstərilməsini, eyni zamanda, bütün təkfirçi qüvvələrin və xarici döyüşçülərin bölgədən çəkilməsinin vacibliyini vurğulayır. Bölgədə davamlı sülh və təhlükəsizliyin həyata keçirilməsinə töhfə verməyə və regional təşəbbüslərdə iştirak etməyə hazır olduğunu bəyan edir.

İran İslam Respublikası da atəşkəs razılaşmasının 3 və 4-cü bəndlərinə uyğun olaraq, Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin təmas xətləri boyunca yerləşdirilməsinə kömək etməyə hazır olduğunu bəyan edir”.