XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2020 - 22:38

ABŞ-ın “Heritage Fondu”:“Qarabağ müharibəsində ən böyük məğlub Ermənistandır”

“Qarabağ müharibəsində ən böyük məğlub Ermənistandır”.

Bunu ABŞ-ın “Heritage Fondu”nun Beynəlxalq Əlaqələr üzrə direktoru Luke Coffey “Twitter” hesabında yazıb.

O, Ermənistanın döyüş meydanında qətiyyətlə məğlub olduğunu bildirib.

Ekspert torpaqlarını azad edən Azərbaycanın ən böyük qalib olduğunu qeyd edib.

L.Coffey Rusiya və Türkiyənin qalib gəldiyini, İranın isə məğlub olduğunu hesab edir: “Rusiya bölgədə hərbi iştirakını artırıb. Türkiyə regiondakı geosiyasi balansı dəyişib. İran isə indi bölgədə yeni geosiyasi reallıqla qarşılaşmalı olacaq”/Report.