XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

15 Noyabr 2020 - 17:09

Azərbaycan və Rusiya XİN başçıları telefonda danışıb –Qarabağla bağlı razılaşma müzakirə olunub

Cari ilin 15 noyabr tarixində Azərbaycan Respublikası Xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrovun telefon danışığı baş tutub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən Strateq.az-a verilən məlumata görə, tərəflər bölgədə mövcud olan son durumu, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, razılaşmadan irəli gələn bir sıra məsələlərin, o cümlədən humanitar xarakterli tədbirlərin reallaşmasında əlaqələndirmənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.