“Orden və medallarla bağlı bəzi texniki səhvlər var. Mən bunları demək istədim. Səs verməməyimin də səbəbi budur”.
Strateq.az Modern.az-a istinadla xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən iclasında çıxış edən deputat Fazil Mustafa bildirib.
Fazil Mustafanın fikirlərinə parlamentin birinci vitse-spikeri Əli Hüseynli münasibət bildirib: “Təxmini bilirəm nələri nəzərdə tutursuz. Ordenlər, onların düzülüşü tam yerindədir. Bunları müzakirə etmək olar”.