XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Noyabr 2020 - 11:19

“Dünən Fransa senatında çirkin qətnamə qəbul edilib” –MM-dən rəsmi Parisə etiraz

“Dünən Fransa senatında çirkin qətnamə qəbul edilib. Milli Məclis Fransa senatının bu qətnaməsi ilə bağlı bəyanat qəbul etməlidir”.

Bunu parlamentin bu gün keçriilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, aparılan bu danışıqlarda xüsusən diqqəti çəkən Fransanın təcüvüzkarı öz adı ilə çağırmaması olub:

“Bütün bunlar Fransanın həmsədr olmasını şübhə altına alır. Azərbaycanın səyləri nəticəsində bu gün yeni reallıq yaranıb. Fransa yaranmış vəziyytələ barışmalı, haqqın tərəfində dayanmalıdır”.

Daha sonra noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ”ı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanatın müzakirəsinə başlanılıb.

Məsələ ilə ilə bağlı Milli Məclisin deputatları çıxış edirlər/Report.