XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Noyabr 2020 - 12:24

Deputat:"Əlbəttə, biz Fransaya qarşı müharibə elan edəsi deyilik, ancaq..."

“Biz Fransaya qarşı çox sərt bəyanat qəbul etməliyik. Əlbəttə biz Fransaya qarşı müharibə elan edəsi deyilik, ancaq hökumətlərarası münasibətlərə yenidən baxmalıyıq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, senatın qətnaməsində qərəzli maddələrlə doludur: “Qətnamədə xüsusi vurğulanıb ki, erməni mədəni irsi Fransanın da həmsədri olduğu ATƏT-in Minsk Qrupu tərəfindən qorunmalıdır. Bildirmək istəyirəm ki, erməni mədəni irsinin heç bir nümunəsi məhv edilməyib. Ancaq Azərbaycanın mədəni irsi ermənilər tərəfindən məhv edilib. Prezident İlham Əliyev də Fransa Prezidenti Makronla danışanda bu məsələni xüsusilə diqqətə çatdırıb. Qətnamədə Gəncə əvəzinə Kirovabad yazılması da bir daha Azərbaycana qarşı onların necə qərəzli olmasını göstərir. Bu qətnaməyə səs verən senatorların sayı da Fransa cəmiyyətinin bizə qarşı olan münasibətinin bariz nümunəsidir”/APA.