XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Noyabr 2020 - 11:55

Aygün Əttar:“Fransa Senatının ədalətsiz Qarabağ qətnaməsi bu ölkənin siyasi tarixinə qara ləkə olaraq keçəcək”

“Qarabağ Ermənistan tərəfindən belə tanınmadığı halda Fransa Senatının həqiqətlərdən uzaq qətnamə  qəbul etməsi Fransanın siyasi tarixinə qara ləkə olaraq keçəcək”. 

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) rəhbəri Aygün Əttar APA-nın Türkiyə bürosuna açıqlamsında belə deyib.

A.Əttar bir neçə gün əvvəl Qarabağın Azərbaycan torpağı olduğu Fransa Prezidenti Emmanuel Makron tərəfindən bəyan edildiyi halda Fransa Senatının belə bir qərar qəbul etməsini Makronun iqtidara gəlməsində erməni lobbisinə olan vəfa borcu ilə əlaqələndirib: “Fransanın özündə də bu qərara qarşı olan qüvvələrin açıqlamaları belədir. Makron beynəlxalq hüquqa görə də Qarabağın Azərbaycan torpağı olduğunu bildiyi halda Senat tərəfindən belə bir addımın atılması və 44 günlük savaş müddətində Azərbaycana bu qədər ədalətsiz hücumların edildiyini gördüyünə rəğmən susmasının səbəbi Fransa Prezidentinin ölkəsindəki erməni lobbisinin “ağızlarına bir barmaq bal sürtməsi”dir”. Buna rəğmən dünyada demokratiyaya, insan haqlarına hörməti olan hər kəs, xüsusilə də Türkiyədə dövlət başçısı Ərdoğan başda olmaqla, bütün siyasi partiyalar, hökumət və qeyri-hökumət təşkilatları ciddi şəkildə etiraz etdilər. Fransa Senatının önündə Türkiyə və Azərbaycan diaspora nümayəndələrinin də etiraz mitinqi oldu”.

A.Əttar onu da deyib ki, rəhbərlik etdiyi TADƏHF tərəfindən noyabrın 26-da mətbaut konfransı keçirərək bütün dünyanın  Ankaradakı səfirliklərinə müraciət ünvanlanıb: “Bu müraciətin də ciddi bir təsiri olduğunu düşünürəm. Müraciətimizdə  Fransa Senatının  qanunsuz və qərəzli qərar verdiyini göstərməklə yanaşı, başda Fransada Korsika olmaqla, Avropanın İtaliya, İspaniya kimi ölkələrində də Qarabağ statusundakı coğrafiyalarda  necə böyük iğtişaş yaradacağını qeyd etdik”.

TADƏF sədrinin fikrincə,  Fransa Xarici İşlər Nazirliyinin Qarabağın Azərbaycan ərazisinə aid olmasına dair açıqlaması Fransa Senatının qətnaməsinin heç bir qüvvəsi olmadığını sübut edib: “Bu davranış Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılmasına zəmin yaradıb: “Fransa hökuməti, Türkiyə təbirincə desək, “öz əli ilə öz ayağına atəş açıb”.