XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Dekabr 2020 - 11:58

Spikerdən Laçınla bağlı paylaşım:"Bu qürur hissini bizə yaşadan Ordumuza eşq olsun"

Milli Məclisin sədri Sahibə Qafarova Laçın rayonunun işğaldan azad olunması münasibətilə “Twitter” hesabında paylaşım edib.

Strateq.az xəbər verir ki, parlamentin sədri 28 illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı bayrağımızın dalğalandığını bildirib: “Ali Baş Komandan başda olmaqla, bu qürur hissini bizə yaşadan Ordumuza eşq olsun. Yaşasın Azərbaycan. Qarabağ Azərbaycandır!”.