XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

01 Dekabr 2020 - 15:25

İtalyan senator:"Azərbaycan haqlı tərəfdir"

İtaliyanın “Radio Radicale” radiosu və “Vento & Associati” beyin mərkəzinin birgə təşkilatçılığı ilə “Dağlıq Qarabağda sülh: Diplomatik atəşkəs və ya davamlı sülh” adlı tədbir keçirilib.

Tədbirdə İtaliya Parlamentində “İtaliya Qardaşları” partiyasını təmsil edən senator, İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının üzvü Adolfo Urso çıxış edib.

O bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Ermənistandan 250 min və Azərbaycan ərazilərindən isə 750 min olmaqla ümumilikdə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

“Beynəlxalq ictimaiyyət tərəfindən, xüsusilə də ATƏT-in Minsk qrupunun daxilində Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələli şəkildə qaytarılmasını, Dağlıq Qarabağla Ermənistan arasında dəhlizin təmin olunmasını, eləcə də Dağlıq Qarabağın statusunun müəyyən edilməsini ehtiva edən həll variantı hazırlansa da, təəssüf ki, Ermənistan bu həll variantından imtina etmiş və yalnız müharibənin nəticəsi olaraq Ermənistan bu həllin həyata keçirilməsinə məcbur edilmişdir”, – deyə senator qeyd edib.

İtalyan parlamentar vurğulayıb ki, Qafqazda son müharibə sülhün olmamasının dramatik nəticəsidir: “Əgər Ermənistan Azərbaycan torpaqlarını qaytarsaydı və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri dönməsinə mane olmasaydı müharibə baş verməzdi. Bu münaqişədə BMT qətnamələri və beynəlxalq hüquq nöqteyi-nəzərdən Azərbaycan haqlı tərəfdir”/Report.