XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Dekabr 2020 - 16:48

Slovakiyalı nazir:"Biz Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyirik”

Slovakiya Qarabağda hərbi əməliyyatların başa çatmasını alqışlayır.

Bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının bu gün başlamış 27-ci iclasında Slovakiyanın xarici işlər naziri İvan Korçak bildirib.

Nazir bölgəyə qaçqın və məcburi köçkünlərin qaytarılmasını, humanitar yardım göndərilməsini, infrastrukturun bərpasını zəruri hesab edib.

“Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyirik”, – deyə slovakiyalı nazir qeyd edib/Report.