XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

04 Dekabr 2020 - 16:58

“Qarabağın kimə məxsus olduğu BMT qətnamələrində öz əksini tapıb” –Kreml

Rusiyanın da digər ölkələr kimi Dağlıq Qarabağın statusuna dair mövqeyi dəyişməyib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın kimə məxsus olması kifayət qədər çoxdan BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən olunub.

“Bütün bunlar BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərilib”, – deyə o vurğulayıb.

Peskov Rusiya Prezidentinin Ermənistanın özünün belə Dağlıq Qarabağı tanımadığı fikrini xatırladıb. (apa)