XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Dekabr 2020 - 13:14

Azərbaycanda yeni partiya təsis olunub –Anar Əsədli AYP-nin ilk başqanı seçilib

Bu gün Azərbaycan Yüksəliş Partiyasının onlayn təsis qurultayı keçirilib. 

Qurultayda say komissiyası və qurultayı idarə etmək üçün Bəhrəm İsmayılov, Gülşən Hacıyeva və Elşad Abdullayevdən ibarət Sədarət seçilib.

Azərbaycan Yüksəliş Partiyasının onlayn təsis qurultayında partiyanın Nizamnamə və Proqramı qəbul edilib və başqanlıq seçkisi keçirilib. Keçirilən səsvermədə Anar Əsədli AYP-nin ilk başqanı seçilib.

Eyni zamanda onlayn təsis qurultayında 27 nəfərdən ibarət Baş Məclis, 7 nəfərdən ibarət Nəzarət Təftiş Komitəsi müəyyənləşib.