XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 21:58

Polad Bülbüloğlu:“Azərbaycan və bütün region üçün yeni səhifə başlayır”

“Azərbaycan əsgərləri uzun illər işğal altında olan torpaqları azad etdilər və bununla da bu gün təkcə Azərbaycan üçün deyil, həm də bütün region üçün yeni səhifə başlayır”.

Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada keçirilən biznes forumda çıxışı zamanı deyib.

“Prezidentimiz İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, bu bütün region üçün geniş fürsət pəncərəsi yaradır. Qonşularımız müdriklik edib normal qarşılıqlı əlaqə yolunu tutarsa, bu bütün bölgə üçün faydalı olacaq”/Report