XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 20:13

Ömer Çelik:“Azərbaycanın tarixi qələbəsindən sonra Ərdoğanın Bakı səfəri çox önəmlidir”

“Azərbaycanın tarixi qələbəsindən sonra Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri çox önəmlidir”.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik media nümayəndələrilə görüşdə bildirib.

AK Parti sözçüsü deyib ki, Ərdoğanın rəhbərliyilə Türkiyəli heyət 9-10 dekabrda Azərbaycanda səfərdə olacaq: “Azərbaycana aid torpaqlar artıq əsl sahibindədir”.

Ö. Çelik deyib ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Mərkəzində Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ən yaxın zamanda fəaliyyətə başlayacaq: “Silahlı Qüvvələrimizin vəzifələrinə başlamaq üçün bütün hazırlıqlar tamamlanıb. Yaxında hərbçilərimiz post-patrul xidməti üçün regionda yer alacaq”/APA.