XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 21:21

Ceyhun Bayramovla Sergey Lavrov telefonla danışıb –Qarabağla bağlı

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovla telefonla Dağlıq Qarabağ üzrə üçtərəfli bəyanatın icra edilməsinin gedişatını müzakirə edib.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xarici siyasət idarələrinin başçıları 9 noyabrda Rusiyanın, Azərbaycanın və Ermənistan liderlərinin bəyanatının icra edilməsinin gedişatını, ikitərəfli əməkdaşlığı və beynəlxalq gündəliyin aktual mövzularını müzakirə ediblər/Report.