XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

25 May 2015 - 06:41

İcra başçısının müavini YAP-dakı vəzifəsini itirdi – Binəqədidə şübhəli iclas

Binəqədi rayon icra başçısının müavini Aygün Əliyeva Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini və İdarə Heyətinin üzvlüyündən çıxarılıb.

Strateq.az Qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 16-da Gənclər Birliyinini 4-cü hesabat konfransında A.Əliyevaya xəbərdarlıq edilərək sədr müavini vəzifəsindən azad edilib.

Məsələ ilə bağlı YAP Gənclər Birliyinin sədri Seymur Orucov isə deyib ki, A.Əliyeva hazırda Gənclər Birliyinin Şura üzvüdür: “O, bizim ən yaxın komandamızın iştirakçısıdır. Sadəcə olaraq hesabat konfransı keçirilib və yeni tərkib formalaşdırılıb. A. Əliyevanın işinin çoxluğunu nəzərə alaraq, Nümayəndə Heyəti qərar verib ki, o, GB-nin sədr müavini və İdarə Heyətindən çıxarılsın. Ona fəaliyyəti ilə bağlı xəbərdarlıq edilməyib. Bunu deyənlər şər atmasınlar. Məlumatı yayanlar yəqin ki, onun fəaliyyətini istəməyənlərdir”.

S. Orucov yeni tərkibdə formalaşanların adlarını da açıqlayıb. Qeyd edib ki, əvvəllər sədr müavini postunda beş nəfər təmsil olunurdu: “İndi isə dörd nəfərdir. Ramin Məmmədov, Samirə Quliyeva, Aytac Əliyeva köhnə tərkibdə olan sədr müavinləridir. Yeni daxil olan sədr müavini isə Əli Pənahovdur”.