XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

11 Dekabr 2020 - 13:29

Keçmiş səfir:“İranın iştirakı ilə, bölgədə yeni əməkdaşlıq modeli qurulmalıdır"

“Bölgənin yeni nizamı, qeyri-konstruktiv rəqabətdən qaçınmaqla, regional əməkdaşlıq modelinə əsaslanaraq qurula bilər”.

Strateq.az “Khabaronline”-a istinadla xəbər verir ki, bunu keçmiş İran diplomatı və Tehranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.

O, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İslam Respublikasına səfərini şəhr edib.

Keçmiş diplomatın sözlərinə görə, ikitərəfıi münasibətlər son illərdə müsbət bir tendensiya yaşayıb və xüsusən xarici işlər nazirləri səviyyəsində mütəmadi qarşılıqlı səfərlər reallaşdırılıb. “Ceyhun Bayramovun səfəri bu anda ikiqat vacibdir. Bu səfər Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin qaytarılmasından cəmi bir neçə gün sonra baş verir və İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyünə verdiyi dəstəyi, xüsusilə, konstruktiv və strateji bəyanatları sayəsində iki ölkə arasındakı münasibətlər çox yaxşı bir mərhələdədir. Bu inkişaflar işığında Azərbaycan Respublikası hökuməti və xalqı İranın yanaşmasına müsbət baxır”, – deyə Möhsün Pakayin qeyd edib.

Eks-səfir fikrinə belə davam edib: “Azərbaycan Respublikası azad edilmiş ərazilərdəki mövqeyini möhkəmləndirdikdən sonra həmin ərazilərdə infrastrukturu bərpa etməyə və sakinlərini öz doğma yurdlarına qaytarmağa çalışır. Təbii ki, bu ərazilərin yenidən qurulması və qaçqınların qaytarılması rəsmi Bakının bu ərazilərin təhlükəsizliyinin möhkəmləndirilməsində çox vacib rol oynayacaqdır. Bu vəziyyətdə, iki ölkənin yaxınlığı və İrandakı imkanları nəzərə alaraq, İranın azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak etməyə hazır olduğunu elan etməsi, hər iki ölkənin maraqlarına uyğun olaraq regional əməkdaşlıq üçün bir model olacaqdır”.

“Digər mühüm layihə Rəşt-Astara dəmir yolunun tikintisi və Azərbaycan Respublikasının Fars körfəzinin isti sularına çıxışı və İranın dəmir yolu ilə Qara dənizə çıxması üçün Şimal-Cənub Dəhlizlərinin birləşdirilməsidir. Təəssüf ki, bu layihənin icrası təxirə salınıb və tərəflər niyyətdə ciddidirlərsə, bu vacib layihənin başa çatacağına ümid edə bilərik.

Xudafərin bəndinin istismarı və yenidənqurma dövründə azad edilmiş ərazilərə elektrik enerjisi vermək üçün yeni bir elektrik stansiyasının tikilməsi çox vacibdir. Bu layihənin icrasının sürətləndirilməsi iqtisadi əlaqələri gücləndirəcəkdir. Məsələni izləmək üçün iki ölkənin ortaq iqtisadi komissiyasının qurulması hər iki ölkənin gündəmində ola bilər”.

Sonda Möhsün Pakayin bu qənaətə gəlir: “Son inkişaflara görə, bölgənin yeni nizamı, qeyri-konstruktiv rəqabətdən qaçınmaqla, regional əməkdaşlıq modelinə əsaslanaraq qurula bilər. Azərbaycan Respublikası xarici işlər nazirinin səfəri bu cür əməkdaşlığın reallaşması üçün uzun bir addım və dönüş nöqtəsi olacaq”