XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Dekabr 2020 - 16:15

Türkiyə Prezidenti:“Azərbaycanla əməkdaşlığımız daha yüksək səviyyədə davam edəcək”

“Bildiyiniz kimi, Azərbaycan bizim üçün qardaş ölkədir. Azərbaycanlı qardaşlarımızın torpaqları 30 il idi ki, erməni işğalı altında idi. Onlar bu işğal müddətində çox səbr etdilər”.

Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.

Bu prosesi mütəmadi nəzarətdə saxladıqlarını vurğulayan Türkiyə dövlət başçısının sözlərinə görə, təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri gözləntiləri doğrultmayıb və adil nəticə əldə edilməyib.

“Dünən Azərbaycandakı qardaşlarımızın həyəcanı, sevinci həqiqətən çox fərqli idi. Bütün heyətimizlə orada Azərbaycanla Türkiyə birliyinin çox gözəl örnəyini nümayiş etdirdik. Bundan sonra da atacağımız addımları qəbul etdiyimiz razılaşmalarla müəyyənləşdirdik. Azərbaycanla əməkdaşlığımız daha yüksək səviyyədə davam edəcək”, – deyə Ərdoğan qeyd edib. (apa)