XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

14 Dekabr 2020 - 17:43

Fransa və ABŞ-dan olan həmsədrlər Nikol Paşinyanla görüşüb

ATƏT-in Minsk Qrupunun Fransa və ABŞ-dan olan həmsədrləri Stefan Viskonti və Endryu Şofer İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər.

Ermənistan baş nazirinin ofisi  görüşün həmsədrlərin regiona səfəri çərçivəsində baş tutduğu barədə məlumat yayıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və Rusiyanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksey Sinequbov da iştirak edib.

Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli məqsədi ilə Minsk Qrupunun həmsədrliyi çərçivəsində danışıqların davam etdirilməsini zəruri hesab etdiyini deyib.

Qeyd edək ki, Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov xəstələnməsi səbəbindən regiona səfər etməyib. (apa)