Azərbaycanın sədrlik etdiyi Türk Şurası ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları ilə bağlı açıqlama yayıb.
Bu barədə Türk Şurasının tvitter səhifəsində bildirilib.
Qeyd edilir ki, ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyaların tətbiqi haqqında qərarı ədalətsizdir.
“Türkiyəni, eyni zamanda problemin dialoq, diplomatiya yolu ilə obyektiv və siyasi tərəfsiz həll edilməsi təklifini dəstəkləyirik”, – deyə açıqlamada bildirilir/Report.