XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Dekabr 2020 - 16:50

Daha 5 siyasi partiyaya ofis verildi –SİYAHI

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, normal fəaliyyətin təmin edilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Strateq.az-a verilən məlumata görə, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti daha 5 siyasi partiyaya ofis sahələrinin açarlarını təqdim edib. AĞ Partiya, Böyük Azərbaycan Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Milli Həmrəylik Partiyası fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

Beləliklə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən son günlərdə artıq 10 siyasi partiya qeyri-yaşayış sahəsi ilə təmin olunub.

Yaxın vaxtlarda digər siyasi partiyalara da ofis sahələrinin verilməsi nəzərdə tutulur.