XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Dekabr 2020 - 20:01

ABŞ-ın sabiq səfiri:"Bayden administrasiyası Azərbaycana daha çox diqqət yetirməlidir"

“ABŞ-Azərbaycan əməkdaşlığının başlıca istiqamətləri təhlükəsizlik, enerji və bütövlükdə iqtisadiyyat məsələləri, habelə idarəçiliyin təkmilləşdirilməsi, qanunun və insan hüquqlarının aliliyi məsələləridir”.

Bu barədə “Azərbaycan-ABŞ münasibətləri: Seçkilər və II Qarabağ müharibəsindən sonrakı proseslər” adlı vebinarda CPC-nin İqtisadi və Enerji Proqramları üzrə rəhbəri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta bildirib.

Bu əməkdaşlığın uzun illərdir davam etdiyini qeyd edən keçmiş səfirin dediyinə görə, son 5 il ərzində geosiyasi əməkdaşlıq və s. sahələrdə müəyyən irəliləyiş əldə edilib: “Azərbaycan Avrasiyada mühüm öncül qüvvə olan regional haba çevrilmək üçün müstəqil şəkildə xeyli səy göstərib”.

Ekspertin qənaətincə, ABŞ-ın yeni administrasiyası ölkənin geosiyasi mənafeyi baxımdan Azərbaycana daha çox diqqət yetirməlidir. Onun fikrincə, Azərbaycanla Ermənistan arasında sülh ab-havasının yaranması da mühüm amildir: “ABŞ da bunlara öz töhfəsini verə bilər. Azərbaycan inkişaf edərək burada ABŞ maraqlarının daha geniş təmsil olunmasını təmin etdi. Dağlıq Qarabağ münaqişəsi isə ABŞ-ın regionda daha fəal olmasının vacibliyini göstərdi”/Report.