XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Dekabr 2020 - 20:35

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri:"Bayden administrasiyasının Qafqazda daha fəal olacağını gözləyirəm"

“Yeni prezident Cozef Bayden administrasiyasının Azərbaycanda, bütövlükdə Qafqazda daha fəal olacağına ümid edirəm”.

Bunu “Azərbaycan-ABŞ münasibətləri: Seçkilər və II Qarabağ müharibəsindən sonrakı proseslər” adlı vebinarda “Atlantik Şurası”ndakı Qlobal Enerji Mərkəzinin direktoru, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar bildirib.

“ABŞ-ın buradakı fəaliyyəti olduqca tarazlı olmalı, diqqət mərkəzində təkcə enerji məsələləri olmamalıdır. Azərbaycan mütəmadi olaraq bildirir ki, coğrafi mövqeyinə görə bir sıra ölkələrlə, Rusiya, İran, Türkiyə, ABŞ ilə dost münasibətlər qurmalıdır. Buna anlayış göstərməliyik”, – keçmiş səfir söyləyib.

O qeyd edib ki, uzun illər sonra torpaqlarının böyük hissəsini qaytarmaq Azərbaycanın çox böyük, ağlasığmaz nailiyyətidir: “Bu məsələdə Rusiya hələlik kartlarını gizli tutur. O, faktiki olaraq Ermənistanı tam fəlakətdən xilas edib, onun darmadağın olmasını istəməyib. Mən bu münaqişənin tamamilə həll olunmasını istərdim. Bu, regiondakı bütün ölkələrin, o cümlədən elə Ermənistanın da marağındadır. Lakin məsələnin yaxın vaxtlarda tam şəkildə həll olunacağını görmürəm”/Report.