XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

17 Dekabr 2020 - 22:46

Aİ rəsmisi Qarabağla bağlı üçtərəfli görüş təşkil etmək istəyib:"Atəşkəsə tam riayət edilməsi vacib şərt olaraq qalır”

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla birgə görüşünü təşkil etmək istəyib.

Bunu Josep Borrellin özünü bəyan edib.

“Hər iki nazir (Azərbaycan və Ermənistan) mənimlə danışdıqları üçün üçtərəfli təmas qurmağa çalışdıq – Avropa İttifaqı, Ermənistan və Azərbaycan. Mümkün deyildi, buna görə hər iki nazirlə ayrıca görüşəcəyəm”, – deyə o, bildirib.

Borrell Rusiyanın köməyi ilə Dağlıq Qarabağda əldə olunan atəşkəs razılaşmasının daha çox insan itkisinin qarşısını aldığını qeyd edərək, buna tam əməl edilməli olduğunu vurğulayıb: “Ancaq keçən həftə, təəssüf ki, atəşkəsin pozulması ilə bağlı xəbərlər eşitdik. Atəşkəsə tam riayət edilməsi vacib şərt olaraq qalır”/Report.