XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

18 Dekabr 2020 - 17:47

“Qarabağda atəşkəsə hörmət edilməli və Minsk qrupu formatında danışıqlara başlanmalıdır” –Aİ-nin Ali Nümayəndəsi

Hesab edirəm ki, Avropa İttifaqı (Aİ) ATƏT-in Minsk qrupunun işini tamamlayaraq regionda barışıq, yenidənqurma və sülhün möhkəmləndirilməsində mühüm rol oynaya bilər”.

Bunu bu gün keçiriləcək Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasına sədrlik edəcək təşkilatın Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell iclasdan əvvəl açıqlamasında deyib.

Bu iclas münasibətlərimizdəki əsas elementləri, eləcə də Azərbaycanın islahatlarını nəzərdən keçirmək üçün fürsət olacaq. Eyni görüşü dünən Ermənistanla da keçirdik. Bu gün Azərbaycanla keçirəcəyik. Təəssüf ki, iki ölkə arasındakı çətin vəziyyət üçtərəfli təmasda olmağı mümkünsüz etdi, – deyə Aİ-nin Ali Nümayəndəsi bildirib.

C. Borrell qeyd edib ki, Aİ Azərbaycanın birinci ticarət tərəfdaşı və ən böyük xarici investorudur.

O vurğulayıb ki, iclasda Aİ və Azərbaycan münasibətləri, koronavirus pandemiyasının təsiri, eyni zamanda, son vaxtlar Dağlıq Qarabağ və onun ətrafındakı genişmiqyaslı döyüş əməliyyatları barədə müzakirələr aparılacaq: Rusiyanın vasitəçiliyi ilə noyabrın 10-da əldə olunan atəşkəs hələ də davam edir, baxmayaraq ki, bir neçə dəfə atəşkəsin pozulması halı qeydə alınıb.

C. Borrell Dağlıq Qarabağda atəşkəsə tam hörmət edilməsinin və ATƏT-in Minsk qrupu formatında danışıqlara başlamağın zəruriliyini də diqqətə çatdırıb. (apa)