XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Dekabr 2020 - 16:32

“MDB-nin daxili işlərinə qarışmaq cəhdləri ciddi çağırışdır” –Putin

Rusiya prezidenti Vladimir Putin 2020-ci ildə MDB ölkələrinin daxili işlərinə qarışmaq cəhdlərini ciddi çağırış adlandırıb.

“Sputnik” xəbər verir ki, o, bu barədə bu gün videoəlaqə ilə baş tutan MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.

“Bu il qarşılaşmalı olduğumuz digər bir ciddi problem bəzi Birlik ölkələrinin daxili işlərinə kənar müdaxilə kimi görünməmiş müdaxilə cəhdləri idi. İndi bunun üzərində çox dayanmayacağam. Həmkarlarım bu və ya digər formada bu mövzuya artıq toxunub”, – Putin MDB sammitində deyib. (report)