XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

19 Dekabr 2020 - 11:05

Türkiyə XİN:"Belçika Nümayəndələr Palatasının Qarabağ və Türkiyə ilə bağlı əsassız ittihamlarını rədd edirik"

“18 dekabr 2020-ci ildə Belçika Nümayəndələr Palatasının Baş Məclisi tərəfindən qəbul edilmiş Dağlıq Qarabağla bağlı qərarı nə tarixi, nə qanuni, nə də sahədəki faktlarla uyğundur. Türkiyə ilə bağlı əsassız iddialar və ittihamlar da daxil olmaqla bu qərarı rədd edirik”.

Bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, sözügedən qərar Belçika Nümayəndələr Palatasının bəzi parlament nümayəndlərinin erməni ritorikalarına necə alət olduğuna, onların qərəzli davranmalarına və daxili siyasətdə xırda maraqlarının girovuna çevrilmələrinə bariz nümunədir: “Bu qərar regionda sülhün və sabitliyin təmin edilməsi cəhdlərinə əngəldir. Bu cür qərarlar həm də Ermənistanı həqiqətləri qəbul etmə müddətini ləngitməklə üzərinə düşən məsuliyyətdən qaçırır”.

Bəyanatda Belçika Nümayəndələr Palatasının 9 dekabr tarixinin soyqırımı qurbanlarının anma günü elan etməsi qərarında 1915-ci il hadisələrinə istinadla Türkiyənin ittiham olunmasının beynəlxalq hüquqa zidd olduğu da vurğulanıb: “Belçikadan həssas davranmaq və bu qərarlar çərçivəsində ikitərəfli münasibətlərimizə kölgə salacaq addımlar atmaqdan geri çəkilməyi gözləyirik”/APA.