XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

25 May 2015 - 08:47

Prokuror AXCP üzvünə 7 il iş istədi – Məhkəmə təxirə salındı

Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP fəalı Elvin Abdullayevə qarşı keçirilən proses yekunlaşmaq üzrlədir. Mayın 25-də keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Elvin Abdullayevə 7 il həbs cəzası verilməsini istəyib.

Müdafiə tərəfi bir neçə vəsatətlə çıxış edib, lakin məhkəmə onların hamısını rədd edib.

Proses mayın 27-də müdafiə tərəfin çıxışı ilə davam edəcək.

Elvin Abdullayev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddələrin satış məqsədilə əldə edilməsi, saxlanması və s.) maddəsi ilə ittiham olunur.