XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

22 Dekabr 2020 - 22:02

AKP sözçüsü:“Radikalizm, təcavüzkarlıq Ermənistanı açıq-aşkar çökdürür”

“Radikalizm, təcavüzkarlıq Ermənistanı açıq-aşkar çökdürür”.

Bu sözləri  Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik partiyanın növbəti toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və Ermənistanın da qatıla biləcəyi platforma ilə regionda sülhü bərqərar etmək təklifini reallaşdırmanın mümkünlüyündən danışan Ö.Çelik deyib ki, bunun üçün Ermənistan təcavüzkarlıq planlarından əl çəkməlidir: “Hazırda bu istiqamətdə yaradılan mexanizm təkmilləşdirilir”.

AKP sözçüsü bildirib ki, Azərbaycanın özünə aid olan torpaqları yenidən geri alması Minsk Qrupunun tərkibində olan və olmayan bəzi ölkələrdə narahatlıq yaradıb: “Bu baxımdan Belçika Nümayəndələr Palatasının Qarabağ və Türkiyə ilə bağlı əssassız, qərəzli ittihamları qəbul edilən deyil. Fransa da bu məsələdə önəmli rol oynamaq istəyirsə, doğru olanı deməlidir”/APA.