XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Dekabr 2020 - 21:20

Zurabişvilinin “Qafqaz platforması” ilə bağlı sözləri ajiotaj yaradıb:"Bu çıxış başqa bir təşəbbüsə cavab kimi qəbul edilə bilməz"

Gürcüstanın Prezident Administrasiyası Salome Zurabişvilinin ölkənin xaricdəki səfirlərinin illik toplantısında çıxışı zamanı “Qafqaz platforması” barədə səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

Qurumun yaydığı bəyanatda prezidentin çıxışından sonra əsassız ajiotajın yarandığı bildirilib.

Sənədə əsasən, yayılan məlumatlarda S.Zurabişvilinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstan da daxil olmaqla 6 ölkənin iştirakı ilə yeni formatın yaradılması təşəbbüsü barədə danışdığı iddia olunur.

“Bu çıxış başqa hər hansı bir təşəbbüsə cavab kimi qəbul edilə bilməz və qəbul edilmir. Çünki prezident bir neçə dəfə və bölgədə münaqişə olan zaman da “Qafqaz platforması”nın yaradılmasını təklif edib. Prezident Gürcüstanın Qafqazdakı tarixi rolunu və birləşdirici funksiyasını daima vurğulayır”, – bəyanatda qeyd olunub/Report.