XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Dekabr 2020 - 17:05

Çavuşoğlu və Lavrov atəşkəsə nəzarət üzrə Birgə Mərkəzin işini müzakirə edəcəklərMariya Zaxarova

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya işgüzar səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi birifinqdə bildirib.

O, M. Çavuşoğlunun səfərinin Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti əsasında dekabrın 29-da baş tutacağını və nazirlərin görüşünün Soçi şəhərində keçiriləcəyini qeyd edib: “Sergey Lavrov və Mövlud Çavuşoğlu Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Soçidə keçiriləcək iclasında görüşəcəklər. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı məsələləri müzakirə olunacaq. Bundan başqa, nazirlərin görüşündə Rusiya, Azərbaycan və Ermənistan lidelərinin Dağlıq Qarabağla bağlı birgə bəyanatının həyata keçirilməsi və eləcə də Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin işi diqqət mərkəzində olacaq”. (apa)