XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

24 Dekabr 2020 - 17:49

Rusiya XİN:BMT qiymətləndirmə missiyasını Dağlıq Qarabağa göndərmək haqda qərar verib

BMT rəhbərliyi kompleks qiymətləndirmə missiyasını Dağlıq Qarabağ münaqişəsi zonasına göndərmək haqqında qərar verib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, missiyanın tərkibində yerlərdə vəziyyətlə tanış olmaq və köməyə ehtiyacı olanların tələbatlarını qiymətləndirmək üçün profil humanitar agentliklərin nümayəndələri olacaq: “Hazırda məlum qiymətləndirmə missiyanın parametrlərinin hazırlanması və razılaşdırılması davam edir. Biz öz tərəfimizdən hesab edirik ki, bütün zərərçəkənlərə profil beynəlxalq təşkilatların xətti ilə humanitar yardımların fəallaşması faydalıdır”.

Zaxarova Rusiya tərəfinin DağlıqQarabağlabağlı üçtərəfli bəyanatdan dərhal sonra bu işə başladığını xatırladıb: “Biz regiona UNESCO-nun müstəqil texniki missiyasının göndərilməsinə hazırıq. Ondan çıxış edirik ki, UNESCO-nun tərəfdaş beynəlxalq qeyri-hökumət təşkilatlarından ibarət humanitar missiyası kollektiv səylərlə Dağlıq Qarabağ regionunun mədəni obyektlərinin vəziyyətinə obyektv qiymət verə bilər”. (apa)