XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

27 Dekabr 2020 - 23:34

PAKİSTAN TÜRK DÜNYASI İLƏ ƏLAQƏLƏRİNİ DƏRİNLƏŞDİRİR:əsas universitetləri Beynəlxalq Türk Akademiyasının şəbəkəsinə daxil ediləcək

Kürşad Zorlu

“Habertürk”, Türkiyə, 26 dekabr 2020-ci il

 

Pakistan Türkiyə üçün, şübhəsiz, çox önəmli ölkədir. Qurtuluş Savaşına verdikləri dəstəklə və rəsmi olaraq 1947-ci ildə qurulan diplomatik əlaqələrlə başlayan münasibətlər bu gün Yüksək Səviyyəli Strateji Əməkdaşlıq səviyyəsinə yüksəlmişdir.

Bu önəmi ilə birlikdə, Pakistan artıq Türk Dünyası ilə əməkdaşlıqda da öz təsirini hiss etdirməyə başlamışdır. Uzağa getməyə ehtiyac yoxdur. Qarabağ Savaşı zamanı ortaya qoyduğu aydın mövqe bunun açıq bir göstəricisidir. Şuşanın alınmasından həmən öncə getdiyim Azərbaycanda Türkiyə ilə Azərbaycan bayraqlarının yanında bir də Pakistan bayrağı görünürdü.

Pakistan, Türkiyənin terrorla mübarizə aparması məsələsilə bağlı da eyni mövqe sərgiləmişdi. Fevral ayında Pakistan Baş naziri İmran Xan, “Hazırda Suriyada sizə (Türkiyəyə) hücumlar edilməkdədir. Bu məsələdə Pakistan hər zaman yanınızda olacaqdır” demişdi.

Ankaranın məşhur Cinnah küçəsinin adı da pakistanlı türk dostu olan Məhəmməd Əli Cinnahın adı ilə bağlıdır. Dünən “Kaid-i Azad” (“Böyük Lider”) də adlandırılan Cinnahın 144-cü doğum günü idi. Cinnah, Atatürkün böyük heyranı idi. İllər sonra onun haqqında “Türkiyəni qurmaqla bütün dünya millətlərinə müsəlmanların səsini duyuracaq qüdrətdə olduğunu isbat etdi” demişdi.

Ötən həftə isə Pakistanın paytaxtı İslamabadda önəmli tədbirlər keçirildi. Bunlardan biri də Qlobal Fərabi Forumu idi. Açılış mərasimində çıxış edən Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi, mərkəzi Qazaxıstanda yerləşən Beynəlxalq Türk Akademiyasının fəaliyyətini təqdir etdi və buna görə minnətdar olduğunu bildirdi.

Pakistan eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvüdür və 2011-ci ildə Qazaxıstanda bu təşkilata sədrlik etmişdi.

Beynəlxalq Türk Akademiyası ilə İslam Əməkdaşlıq Təşkilatının Elmi və Texnoloji Əməkdaşlıq Komitəsi (COMSTECH) arasında bir anlaşma imzalandı. Bu anlaşma çərçivəsində, İslamabadda bir beynəlxalq kitabxana yaradılacaq. Əl-Fərabi, Məhəmməd İqbalUluğ Bəyi tanıtmaq üçün panel və simpoziumlar keçiriləcək. Bunlarla birlikdə, Əhməd YasəviMaturidi düşüncəsi də mütləq bu işin bir parçası olmalıdır.

Bu əməkdaşlıq çərçivəsində, Pakistanın öndə gələn universitetləri Beynəlxalq Türk Akademiyasının universitetlərinin şəbəkəsinə daxil ediləcək. İlk olaraq Pakistanın ən böyük iki universiteti olan Kaid-i Azim UniversitetiKaraçi Universiteti ilə, ayrı-ayrı olmaqla, əməkdaşlıq memorandumu imzalandı. Beləliklə, tələbə, tədqiqatçı və müəllimlər arasında mübadilə proqramları başlayacaq.

Bu hadisələrin yaşandığı bir vaxtda Beynəlxalq Türk Akademiyasının rektoru Darhan Xıdırəlinin Türk Şurası üzvü olan dövlətlərin İslamabaddakı səfirlərilə də görüşməsi olduqca anlamlı idi. Dünən bu məsələ ilə bağlı Darhan bəylə danışdıq. Darhan bəy dedi: “Pakistanın türk dünyası ilə tarixi və mədəni bağları var.  Bunu təhsil, elm və akademiya sahəsində ortaya çıxarıb gücümüzü birləşdirməliyik. Burada bir şeyi gördüm, türk filmlərini izləməyən yoxdur. Danışdığım adamlar dedilər ki, “Diriliş” filmi gedən zaman burada həyat sanki durur…”

İndi Pakistan rəsmi olaraq Türk Akademiyası yolundadır. Bunun digər hadisələr üçün də önəmli bir addım olacağını unutmamaq lazımdır. Doğrusu, keçmişdə Monqolustan və Macarıstan da belə irəliləmişdi.

Tərcümə Strateq.az-ındır