XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Dekabr 2020 - 21:34

Nazir:“Bu yaxınlarda biz 21 milyon dollar məbləğində töhfə ilə COVAX-a qoşulmuşuq”

Görüşümüz 2020-ci il ərzində müxtəlif sahələrdə qarşılıqlı əlaqələrimizin dinamikasını dəyişən COVID-19 pandemiyasının yayılmağa davam etdiyi dövrdə baş tutur. Milli səviyyədə COVID-19 pandemiyasına qarşı mübarizədə bizim səylərimiz əsasən pandemiyanın iqtisadi və sosial sahələrə təsirlərini nəzərə almaqla, əhaliyə qarşı mənfi təsirlərin aradan qaldırılmasına yönəlib.

XİN-dən verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə Azərbaycanın sədrlik etdiyi təşkilatların sammit görüşləri may ayında və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası 3-4 dekabr 2020-ci il tarixlərində keçirilib: Azərbaycan indiyə kimi Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 Mübarizə Fonduna könüllü maliyyə yardımını (cəmi 10 milyon ABŞ dolları) təmin etmək məqsədilə 2 donor razılaşması imzalayıb. Bu yaxınlarda biz 21 milyon ABŞ dolları məbləğində töhfə ilə COVAX-a (Vaccines Global Access Facility) qoşulmuşuq. Ümid edirik ki, tezliklə təhlükəsiz və effektiv vaksinlər əldə ediləcək və qlobal səviyyədə əlçatan qiymətlərlə paylaşılması üçün ictimai məhsullar kimi nəzərdən keçiriləcək.

C.Bayramov qeyd edib ki, pandemiya, həmçinin GUAM daxilində əməkdaşlığa da mənfi təsir göstərib: Azərbaycanın sədrlik proqramı tam olaraq planlaşdırıldığı şəkildə həyata keçirilə bilməmişdir. Buna baxmayaraq, il ərzində 30-dan çox tədbir baş tutmuşdur. GUAM-ın işçi qrupları və mütəxəssisləri ümumi maraq kəsb edən sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üçün onlayn görüşlər keçirməyə davam etmişlər.