XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

31 Dekabr 2020 - 13:49

ABŞ səfiri:"Azərbaycan xalqının gələcəyə doğru irəliləmək əzminə heyranam"

“ABŞ hökuməti və xalqı adından ölkənin səfirliyi Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edir, cansağlığı və səadət arzulayır”.

Strateq.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Azərbaycan xalqına video müraciətində deyib.

O bildirib ki, 2020-ci il iki ölkəniz üçün fövqəladə çətin və tarixi il olub: “Bir çox azərbaycanlının COVID-19 və ya son müharibə üzündən yaxınlarını, doğmalarını itirdiklərini bilirəm. Bu itkiləri yaşayanların kədərini bölüşdüyümü bilmənizi istərdim. Başa çatan ilin bütün çətinliklərinə baxmayaraq, Azərbaycan xalqının bütün maneələri dəf edərək, gələcəyə doğru irəliləmək əzminə heyranam. Azərbaycan cəmiyyətinin müstəqilliyin, demokratik proseslərin yeni zirvələrinə qalxmaq qabiliyyətinə dair nikbinəm. Bu regionun nəhayət, dayanıqlı sülhə nail olacağına ümidvaram”.