XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Yanvar 2021 - 13:16

ATƏT-ə sədrliyə başlayan İsveç Dağlıq Qarabağ məsələsini diqqət mərkəzində saxlayacaq –Xarici işlər naziri

Bu gün İsveç ATƏT-ə sədrliyi Albaniyadan təhvil alır. 

İsveç xarici işlər naziri Ann Linde bildirib ki, İsveç təşkilata sədrliyi müddətində Avropada təhlükəsizlik nizamını qorumağa, həll olunmamış münaqişələrin həllinə, demokratiya və gender bərabərliyini diqqəti artıracaq.

İsveç xarici işlər naziri və  ATƏT-in fəaliyyətdə olan yeni sədri deyib ki, ölkəsi önəmli bir zamanda bu vəzifəni öz üzərinə götürməkdən şərəf duyur.

“Münaqişələr və siyasi böhranlar təhlükəsizlik, beynəlxalq hüquq, demokratik prinsiplər və davamlı inkişafa təhdid olmağa davam edərkən, ATƏT bu problemlərin öhdəsindən gəlmək və birlikdə daha güclü cəmiyyət qurmaq üçün həlledici çoxtərəfli platforma ola bilər. Sədr kimi prioritetlərimiz ATƏT-in əsas vəzifələrini vurğulamaq olacaq; Avropada təhlükəsizlik qaydalarını müdafiə etmək, ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyasını dəstəkləmək və regionumuzdakı münaqişələrin həllinə töhfə vermək. Yanvarın 14-də proqramımızı ətraflı şəkildə ATƏT Daimi Şurasına təqdim edəcəyəm. ATƏT məkanında davam edən qarşıdurmalar və böhranlar, Belarusda, Ukraynada vəziyyət və Dağlıq Qarabağ ətrafında artan gərginlik təşkilatımızın davamlı və ümumi diqqətini tələb edir. Bütün bu məsələlər təbii olaraq ilin əvvəlindən gündəmimizdə olacaq”. (apa)