XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Aprel 2016 - 17:41

Deputatdan cəbhədəki döyüşlərə reaksiya:"Hamımız birlikdə canı-könüldən, dualarımızla dəstəkləyirik"

fazil-esas

"Tərtər və Adam bölgəsində gedən döyüşlərdə ordumuzun mübarizəsini hamımız birlikdə cani-könüldən, dualarımızla dəstəkləyirik".

Strateq.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bu yerlərdə hərbi-strateji mövqelərdə irəliləmə relyefə görə çətindir:

"Bununla belə əsgərlərimizin fədakarlığı ilə bütün maneələri aşacağına inancım böyükdür. Cəbhə xəttindən verilən xəbərlərdə hansısa panika yaradacaq davranışlardan çəkinməklə yanaşı, real olmayan xəbərlərlə süni ruh yüksəkliyi yaratmaqdan da uzaq durmaq lazım. Tam dəqiqləşdirilmiş rəsmi məlumatlardan sonra hansısa mövqenin ələ keçirilməsini bildirmək, sevinclə status və ya xəbər paylaşmaq daha doğru addım olardı, məncə.

İlkin informasiyaya görə, 12 şəhidimiz var, Allahdan onlara rəhmət diləyirəm, yaralı əsgərlərimizə və mülki vətəndaşlara da şəfa diləyirəm. Allah ordumuzu müzəffər etsin!".