Gürcüstan parlamentinin bugünkü növbədənkənar iclasında ölkənin GUAM Parlament Assambleyasındakı (PA) yeni nümayəndə heyətinin tərkibi təsdiqlənib.
Strateq.az Report-a istinadla xəbər verir ki, nümayəndə heyətinə Giorgi Xelaşvili rəhbərlik edəcək.
Heyətin əsas tərkib hissəsi üç deputat – G.Xelaşvili, Kaxa Kaxişvili və David Matikaşvilidən ibarət olacaq. Ehtiyat heyətdə Levan Mqaloblişvili, Kaxaber Kuçava və İrakli Zarkua yer alıb.