XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Yanvar 2021 - 21:18

Azərbaycan və Ermənistan arasında vətəndaşların səfərləri və vizadan azad olunma…- XİN məsələyə münasibət bildirib

“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında vətəndaşların səfərləri və vizadan azad olunma məsələləri barədə danışmaq üçün ilk növbədə dövlətlər arasında diplomatik münasibətlər qurulması vacibdir”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən deyib.

XİN rəsmisi qeyd edib ki, diplomatik münasibətlərin qurulması üçün isə qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək lazımdır: “Qeyd etmək istərdik ki, iki ölkə arasında gediş-gəlişi tənzimləyən hər hansı beynəlxalq müqavilə imzalanmayıb. Odur ki, hazırkı mərhələdə qarşılıqlılıq prinsipi əsasında vizadan azad etmədən danışmaq əsassızdır”.

Qeyd edək ki, Ermənistan XİN etibarlı pasportlar əsasında vətəndaşları viza almaq ehtiyacından azad olan ölkələrin siyahısını yeniləyib. Yenilənməyə görə, rəsmi olaraq Azərbaycan vətəndaşları da Ermənistana vizasız səfər edə bilərlər.