XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

02 Aprel 2016 - 21:37

“Əgər ATƏT konkret nəticələr verə biləcək addımlar atsaydı…” –Ərdoğandan Qarabağ açıqlaması

erdoqan-23

"Əgər ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ədalətli, qətiyyətli fəaliyyət göstərib konkret nəticələr verə biləcək addımlar atsaydı, problemin həlli bu günədək uzanmazdı".

Türkiyənin Anadolu Agentliyi xəbər verir ki, bu sözləri qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 2-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginliyə münasibət bildirərkən deyib.

Türkiyə Prezidenti bildirib ki, illərdir işğal altında qalan Dağlıq Qarabağdakı bu münaqişə Minsk qrupunun fəaliyyətsizliyi səbəbindən bugünkü vəziyyətlə nəticələnib(AzerTac).