XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

12 Yanvar 2021 - 12:35

Erməni deputat:“Moskvada imzalanan razılaşma yalnız Azərbaycanın maraqlarına uyğundur”

“Mümkün olan bütün hakimiyyətyönümlü KİV vasitəsilə böyük sevinclə yeni razılaşma ilə Ermənistanı İran və Rusiya ilə birləşdirəcək dəmir yolunun açılacağı təqdim olunurdu”.

Bunu İşıqlı Ermənistan Partiyasının sədri, deputat Edmon Marukyan feysbuk səhifəsində yazıb.

“Bununla belə, erməni xalqının bu görüşdən yalnız bir gözləntisi var idi – hərbi əsirlərin qısa zamanda qaytarılması barədə razılaşma. Ancaq bu baş vermədi”, – o, qeyd edib.

Deputatın fikrincə, Moskvada imzalanan yeni razılaşma yalnız Azərbaycanın maraqlarına uyğundur. O qeyd edib ki, müzakirə yenə rəsmi Bakının gündəliyi çərçivəsində aparılıb/Report.