XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Yanvar 2021 - 10:00

Milli Məclisin deputatları tətildən qayıdır- Sabah

Milli Məclisin deputatları sabah tətildən qayıdır.

APA-nın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə parlamentin deputatları məzuniyyətdə sayılırlar.

Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayacaq və mayın 31-dək davam edəcək. Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayacaq.