XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

03 Aprel 2016 - 01:22

ABŞ Qarabağda atəşkəsin pozulmasını qətiyyətlə pisləyib

kerri-1.jpg

ABŞ Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasını qətiyyətlə pisləyib və tərəfləri təmkinliyə çağırıb. “Münaqişənin hərbi yolla həlli yoxdur”APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu  ABŞ-ın dövlət katibi Con Kerri deyib.

“ABŞ dinc əhali arasında da ölümlə nəticələnən Dağlıq Qarabağda qoşunların təmas xətti boyunca atəşkəs rejiminin genişmiqyaslı şəkildə pozulmasını qətiyyətlə pisləyir”, – deyə Kerri qeyd edb.

“Biz bütün tərəfləri təmkinlik göstərməyə və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq… Biz bir daha təkrarlayırıq – münaqişənin hərbi yolla həlli yoxdur. Həmsədr ölkə olaraq ABŞ dayanaqlı və razılaşdırılmış sülhə nail olmaq üçün münaqişə tərəfləri ilə işləməyə sadiqdir”, – deyə Kerri əlavə edib.