XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Yanvar 2021 - 13:42

Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb –İslamabadda

Azərbaycan və Pakistan bu gün təbii fəlakətlər zamanı əməliyyatların idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.

İmza mərasimi İslamabadda – Pakistan Xarici İşlər Nazirliyində baş tutub.

Memorandumu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və onun pakistanlı həmkarı Şah Mahmud Qureşi imzalayıblar.

Tədbirdə həmçinin Pakistan Milli Fövqəladə Hallar İdarəsinin (NDMA) sədri general-leytenant Axtar Navaz da iştirak edib.

Razılığa əsasən, Azərbaycan və Pakistan fövqəladə hallar və təbii fəlakətlər zamanı bir-birinə kömək edəcəklər/Report.