XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Yanvar 2021 - 22:23

Rusiyalı ekspert:“Paşinyan xarici diaspor tərəfdən çox böyük təzyiq altındadır"

“Nəqliyyat əlaqələrinin bərpası, fikrimcə, regionun inkişafına çox böyük təkan verəcək. Çünki Türkiyə, Azərbaycan və Rusiya bu regionun lokomotivləri olan ən zəngin ölkələrdir”.

Bunu rusiyalı hərbi ekspert Vladislav Şurıqin deyib.

Ekspert qeyd edib ki, bu qərar ölkələrin iqtisadiyyatına müsbət təsir göstərəcək: “Malların daşındığı “bağlı damarlar” bölgənin nekrozudur. Münaqişə 30 il davam etdi, buna görə hər şey təcrid olunmuşdu. İndi qan təchizatı bərpa edilməlidir. Bu vəziyyətdə maddi vəsaitlər yalnız Azərbaycan, Türkiyə və Rusiyanın iqtisadiyyatına getməyəcək, şübhəsiz ki, acınacaqlı vəziyyətdə olan Ermənistanın iqtisadiyyatına da yaxşı təkan olacaq. Çünki yolları və əlaqələri kəsilmiş bu ölkənin bütün qazancı kənd təsərrüfatı ilə məhdudlaşır”.

“Paşinyan xarici diaspor tərəfdən çox böyük təzyiq altındadır. O, vəzifəsindən kənarlaşdırıla biləcəyi təhdid ilə üz-üzədir. Çünki Ermənistan daxilində Dağlıq Qarabağ münaqişəsinin davam etməsində maraqlı olan çox sayda insan və qüvvə var. Təbii ki, bu vəziyyətdə o, daxili auditoriyaya hesablanmış bəzi açıqlamalar verməlidir. Paşinyanın özü artıq başqa nəticələrin ola bilməyəcəyini anlayıb”, – ekspert hesab edir.

Xatırladaq ki, yanvarın 11-də Moskvada Azərbaycan və Rusiya prezidentləri – İlham Əliyev, Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib və görüşdən sonra birgə bəyanat imzalanıb/Report.