XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

15 Yanvar 2021 - 12:15

Lavrov və Cavad Zərif Dağlıq Qarabağı müzakirə edəcəklər –Rusiya XİN

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 26-da Moskvaya səfər edəcək.

TASS-ın verdiyi xəbərə görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində İran XİN başçısı rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Zaxarova qeyd edib ki, görüş zamanı Rusiya və İran XİN başçıları bir sıra beynəlxalq məsələlər ətrafında, o cümlədən İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı, Dağlıq Qarabağ, Suriya, Əfqanıstan və Körfəzdə mövcud vəziyyət barədə fikir mübadiləsi aparacaqlar. (apa)