XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

18 Yanvar 2021 - 15:05

Rusiya XİN başçısı:“Dağlıq Qarabağın statusu məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb”

“Dağlıq Qarabağın statusu məsələsi 9 noyabr üçtərəfli bəyanatında qeyd olunmayıb. Bu, şüurlu şəkildə edilib”.

Bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlı qüvvələrin yerləşdirildiyi ərazi Rusiya sülhməramlı kontingentinin cavabdehliyində olan zonadır.

“Bakı və İrəvanla təmaslarımızda məhz bundan çıxış edirik. Dağlıq Qarabağın statusu məsələsi ziddiyyətlidir. Üç lider tərəfindən qərar verilib ki, bu məsələ bir tərəfə qoyulsun, sonraya, gələcəyə saxlanılsın, bununla o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrləri məşğul olmalıdırlar”, – deyə Rusiya XİN başçısı vurğulayıb. (apa)